Kubanın ilk məscidində cəmi 500 insan ibadət edə biləcək

Cənubi Afrika ölkəsinin Türkiyədəki səfiri, minlərlə kubalı müsəlmana şad xəbər verərək bildirib ki, ölkədə yaşayan müsəlmanların məscid tələb etmək haqqı var və yaxın zamanlarda bu məscid tikiləcək. 
 
Maide.az xəbər verir ki, Kubada ilk məscidin tikilmə planı  Rəcəb Tayyib Ərdoğanın məscid tikmə haqqında çağırışından sonra yaranıb.
 
Kuba məscidi İstanbulda yeləşən məşhur Ortaköy məscidinə bənzər dizaynda inşa ediləcək və eyni anda 500 müsəlman burada ibadət edə biləcək. 
 
Kuba hakimiyyəti məscidin tikilməsi üçün Havanada 32 min 300 kvadrat metr ərazi ayırıb. Məscidin tikinti işləri 1 il ərzində başa çatdırılacaq. 
 
Məscidin olmadığı dövrdən indiyədək, Kuba müsəlmanlarının əksəriyyəti öz evlərində ibadət edirlər, cümə günləri isə Havana müsəlman icmasının rəhbəri olan Pedro Lazo Torreyə məxsus qonaq otağında toplaşırlar./

Google+ WhatsApp ok.ru