Kuveyt 10 Iranlını həbs edib

Kuveyt 10 Iranlını həbs edib

Kuveyt Daxili İşlər Nazirliyi elan edib ki, ölkənin sahil mühafizə polisi “ölkəyə qanunsuz girməyə cəhd” göstərən 10 İran vətəndaşını həbs edib.
 
Maide.Az  presstv-yə istinadən  xəbər verir ki,  Nazirliyin bazar günü yayımladığı bəyanatda bildirilir ki,  bu şəxslər Əbu Hisaniye  bölgəsində motorlu qayıqda  saxlanılıblar. Bildirilir ki,İranlılardan biri polisə müqavimət göstərdiyi üçün yaralanıb.
 
Kuveyt DİN saxlanılan İranlıların fotolarını da yayımlayıb.
 
Fars agentliyi  yazır ki, İranın Buşəhr əyaləti üzrə dəniz sərhəd mühafizə polisinin komandir müavini Əli Hacətpur deyib ki,  Kuveytdə saxlanılan balıqçılar sərhədi pozduqları  üçün deyil,  Kuveytdə baş vermiş qarşıdurmaya görə saxlanılıblar. 
O bu qarşıdurma ilə bağlı  ətraflı məlumat verməyib. 
 
 

Google+ WhatsApp ok.ru