Kuveytdə  Ali Səuda müxalif olan  millət vəkili 11 il azadlıqdan məhrum edildi

Kuveytdə Ali Səuda müxalif olan millət vəkili 11 il azadlıqdan məhrum edildi

Küveyt Məhkəməsi bu ökənin parlamentinin millət vəkili Əbdülhəmid Dəşti haqqında  Kuveytin  əmiri və Səudiyyə Ərəbistanının  kralını  təhqir etmə ittihamı ilə onun iştirakı olmadan keçirilən məhkəmədə 11 il azadlıqdan məhrum etmə qərarı çıxarıb.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Kuveytdə ölkə başçısı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cəbir Əl-Sabahı tənqid etmək,onu təhqir etmək kimi dəyərləndirilir  və Kuveytdə onlarla fəal son illərdə əmiri təhqir etmək ittihamı ilə həbs olunublar.
 
Ə.Dəşti  barəsində 11 il azadlıqdan məhrum etmə  cəzası onun barəsində 2 ay öncə 14 il  6 ay azadlıqdan məhrum etmə  qərarından az sonra qəbul olunub.  Ə.Dəşti  mart ayında  Kuveytdən çıxıb və hazırda  Britaniyada  müalicəalır.
 
Qeyd edək ki, Əbdülhəmid Dəşti Səudiyyənin Yəmənə hücumunu və 2011-ci ildən bəri Bəhreynin daxili işlərinə qarışaraq xalq üsyanını yatırtmasını tənqid edib.
 

Google+ WhatsApp ok.ru