Kuveyt Ümumdünya İslam Bankçılığı Konfransına ev sahibliyi edəcək

Kuveytin Mərkəzi Bankı Ümumdünya İslam Bankçılığı Konfransının 11 noyabrda bu ölkədə keçiriləcəyi barədə məlumat verib.
Maide.az xəbər verir ki, İslam Bankçılığı Konfransı Kuveyt əmiri Şeyx Sabah Əhməd əl-Caber əl-Sabah-ın nəzarəti və Kuveytin Mərkəzi Bankının, habelə BVF-nin dəstəyi ilə keçiriləcək.
Kuveytin Mərkəzi Bankının sədri Mohəmməd Əl-Haşel bununla bağlı deyib: Konfransda beynəlxalq və mötəbər şəxsiyyətlər, o cümlədən Beynəlxalq Valyuta Fondunun preidenti Kristian lagard, Fondun dünyadakı mühüm kadrları, bir sıra maliyyə nazirləri və Mərkəi Bank rəhbərləri iştirak edəcək.
O əlavə edib: Konfransda İslam Bankçılığı sahəsində çoxsaylı mövzular, İslam Bankçılığının artan inkişafı və dünya bazarlarında İslam Bankçılığının genişləndirilməsi imkanlarının araşdırılması nəzərdə tutulur.
Əl-Haşel qeyd edib: Dünyada gedən maliyyə böhranının ardınca yenicə aktuallıq qazanan İslam Bankçılığı sənayesinin gələcək perspektivlərinə baxış bir çox ölkələri öz mövqelərini gücləndirməyə və İslam Bankçılığı sənayesinin inkişaf etdirilməsinə sövq edib./
 

Google+ WhatsApp ok.ru