KİV: Quş qripi ilə bağlı Türkiyədən Azərbaycana quş ətinin idxalına qoyulan qadağa aradan qaldırılıb 20 May 2015 01:00 Dünya Türkiyənin bəzi bölgələrindən quş əti və məhsulları idxalını dayandıran Azərbaycan artıq bu qadağanı aradan qaldırıb. Bunu “Anadolu” agentliyinə İzmir Yumurta İstehsalçıları Birliyinin başçısı Bedri Girit bildirib. “Artıq Azərbaycan tərəfinin qoyduğu qadağa aradan qaldırılıb”, - deyə o qeyd edib. Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəli bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. “Türkiyənin quş qripi qeydə alınan 3 ərazisində, o cümlədən həmin ərazilərə yaxın bölgələr də daxil olmaqla 12 bölgəyə tətbiq olunan qadağalar qalır. Quş qripi qeydə alınmayan bölgələrdə Türkiyə Dövlət Baytarlıq Xidmətinin zəmanəti əsasında idxala icazə veririk. Qadağa tam karantin götürüləndən və 1 il ondan sonrakı müddəti əhatə edəcək”, - deyə Y. Xanvəli bildirib. Teqlər : #KİV: Quş qripi ilə bağlı Türkiyədən Azərbaycana quş ətinin idxalına qoyulan qadağa aradan qaldırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sisiyə şok etiraz – Görüş ləğv olundu Danimarka Suriyadakı İŞİD-çilərə işsizlik müavinəti verir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO