KİV: Xakerlər sionist rejimin elektrik şəbəkəsin çökdürdü

KİV: Xakerlər sionist rejimin elektrik şəbəkəsin çökdürdü

Xakerləri hücumu nəticəsində sionist rejimin elektrik şəbəkəsi çökdürüldü və Fələstinin işğal olunmuş ərazilərində  elektrik enerjisinin verilişi dayandırıldı. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  Fələstinin işğal olunmuş ərazilərində o cümlədən Təl Əviv,  Əşdud,  Heyfa və sionist rejimin daha bir neçə şəhərciyində elektrik enerjisi bu gün səhərdən kəsilib. 
 
Məlumatda elektrik enerjisinin kəsilməsinə  xaker hücumunun səbəb olduğu bildirilir. 
 
Bildirilir ki, İşğalçı rejimin  Elektrik Şəbəkə İdarəsinin saytı da dağıdılıb.  
 
Sionist rejim radiosu  elektrik enerjisinin  istehsalda problem yarandığı üçün  kəsildiyini bildirib. 
 
Elektrik enerjisinin kəsilməsi  işğal olunmuş   ərazilərdə   nəqliyyatın hərəkətində problemlər yaradıb. 
 
Qeyd edək ki,  dörd ay öncə  də  işğalçı rejimin su təchizatına xaker hücumu olmuşdu və suyun verilişində problem yaranmışdı. 
 

Google+ WhatsApp ok.ru