Küveyt, elektrik böhranı yaşayan İraqa 17 mobil generator bağışlayıb

Küveyt, elektrik böhranı yaşayan İraqa 17 mobil generator bağışlayıb

Küveyt rəhbərliyi, elektrik böhranı yaşanan İraqa 30 min kilovat həcmli 17 mobil generator bağışladığı bildirilir.
 
Maide.Az  "dunyabulteni"ə istinadən xəbər verir ki, Küveyt Elektrik və Su Nazir müavini Məhəmməd Buşehri jurnalistlərə verdiyi açıqlamada, yaşanan elektrik probleminə görə Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın, qonşu ölkə olan İraqa təcili kömək edilməsi təlimatı verdiyini bildirib.
 
O deyib ki, Bəsrədəki elektrik böhranını yüngülləşdirmək üçün İraqa 30 min kilovat elektrik verə biləcək 17 mobil generator bağışlanıb.
 
Qeyd edək ki, İraq Elektrik Naziri, ötən cümə günü də Küveytin elektrik stansiyalarının işləməsi üçün İraqa  yanacaq yardımı edəcəyini bildirmişdi.
 
Küveytdəki sosial paylaşım saytlarında da generator və yanacaq daşıyan yük maşınlarının görüntüləri paylaşılıb.

Google+ WhatsApp ok.ru