Küveytli deputat İŞİD üçün səfirlik açılmasını təklif edir

Küveyt Parlamentində millət vəkili olan Vəlid Təbatəbai Küveyt ərazisində IŞİD tərəfdarları olduğuna diqqət çəkərək, "dolayısı ilə İŞİD-in Küveytdə bir səfirlik açmasının maneçiliyi olmayacaq" şəklində danışıb.
 
Maide.az xəbər verir ki, Vəlid Təbatəbai twitter hesabına bu cümləni yazıb: "Mən Küveyt və bəzi Ərəb ölkələrində İŞİD-in səfirlik açmasını istəyirəm."
 
Təbatəbainin bu sözləri geniş miqyasda etirazlara səsəb olub və bir çox insan tərəfindən lağa qoyulub.
 
İnternet istifadəçiləri Vəlid Təbatəbainin keçmişdə də Suriyadakı terror qruplarını dəstəklədiyini yazıb etirazlarını bildiriblər və Daxili İşlər Nazirliyindən terroru dəstəkləyən belə şəxslərin təqib edilməsini istəyiblər.
 
İnternet istifadəçilərindən biri isə belə şərh yazıb: "Təbatəbai dəfələrlə Suriyaya gedərək, müharibə meydanlarında Suriya dövlətinə qarşı döyüşməkdə olan terrorçuları yaxından ziyarət edib, onlara ürək-dirək verib və hər cür dəstək vəd edib. Buna görə də o, İŞİD-in açacağı səfirliyə müsbət baxır."

Google+ WhatsApp ok.ru