KİV haqqında qanun dəyişdirildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilib.
Maide.az xəbər verir ki, dəyişkiliyə görə, əvvəllər təsis edilmiş digər mətbu orqanı ilə eyni və ya oxşar ada malik mətbu orqanının təsisinə yol verilmir.
Həmin qanunun 19-cu maddəsinə edilən dəyişikliyə əsasən, kütləvi informasiya vasitəsi qərəzli yazılara görə məhkəmənin qərarı ilə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə həmin orqanın yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabərdir.
Təklif olunan dəyişikliklər barədə qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Google+ WhatsApp ok.ru