Kürd Pişmərgə qoşunları Kərkükün 40 kilometrliyində yerləşən Daquq şəhərindən geri çəkilib

Kürd Pişmərgə qoşunları Kərkükün 40 kilometrliyində yerləşən Daquq şəhərindən geri çəkilib

"əl-Cəzirə" xəbər portalı təcili paylaşdığı bir xəbərdə Pişmərgə qoşunlarının xəbər qaynaqlarına istinadla iddia etdi ki, Kərkükdə İraqın xalq könüllüləri dəstəsinin döyüşçülərindən 12 nəfər həlak olub. 
 
Maide.Az xəbər verir ki,  bu gün Kərkükün cənubunda "Tazə" şəhəri ətrafında İraqın xalq könüllüləri dəstəsinin döyüşçüləri ilə Kürd Pişmərgə qoşunları arasında ağır arteriya vasitəsi ilə döyüş baş tutub və döyüşlərdə İraqın xalq könüllüləri dəstəsinin döyüşçülərindən 12 nəfər həlak olub. 
 
Mehr agentliyinin məlumatına görə,  Kürd Pişmərgə qoşunları  Kərkükün 40 kilometrliyində yerləşən Daquq şəhərindən geri çəkilib. Bölgə tamamilə  İraq qüvvələrinin nəzarətinə keçib. 
 
Heydər Əl-İbadi kərküklülərdən istəyib ki, İraq qoşunları ilə həmkarlıq etsinlər və həmçinin qoşunlara əmr verib ki, Kərkük neft quyularına nəzarəti əldə saxlasınlar, eyni halda Pişmərgə qoşunları ilə savaşa girməkdən çəkinsinlər və bacardıqları qədər İraq vətəndaşlarının canını qorusunlar.
 

Google+ WhatsApp ok.ru