Kürdəmirdə avtomobil traktorla toqquşub, ölən var

Kürdəmirdə avtomobil traktorla toqquşub, ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Ağsu-Kürdəmir-İmişli yolunun 27-ci kilometrliyində, Kürdəmir rayonunun Qaraqocalı  kəndindən keçən hissəsində Ağsu rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Nadir oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakin,i 1993-cü il təvəllüdlü Əşrəf Müslüm oğlu İsmayılovun  idarə etdiyi qoşqulu traktor toqquşub.
 
Nəticədə minik maşınında olan sərnişin Məhəmməd Nadir oğlu Əhmədov ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov xəstəxanada ölüb.
 
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa) /

Google+ WhatsApp ok.ru