Küçə itləri 81 yaşlı Samux sakininə hücüm edib, qadının vəziyyəti ağırdır

Küçə itləri 81 yaşlı Samux sakininə hücüm edib, qadının vəziyyəti ağırdır

-- yaşlı qadın baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alıb

Samuxda yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.
 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonu Sərkar kəndində baş verib. Kənd sakini, 1936-cı il təvəllüdlü Zəkiyyə Mosu qızı Tağıyeva küçədə gedərkən 6-7 itin hücumuna məruz qalıb.
 
Baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru