Kəbədə kran aşdı - FOTO 21 May 2018 01:00 Xəbərlər -- 1 nəfər yaralanıb Məkkədə Kəbənin də içində olduğu Məscidül-Həramda tikinti yerində kran devrilib. Maide.Az faktxeber-ə istinadla verdiyi məlumata görə, bu barədə Məkkə Əmirliyi Tvitterdə açıqlama verib. Bildirilir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. Açıqlamaya görə, kran devrilən zaman ərazi ziyarət üçün bağlı imiş. Xatırladaq ki, 2015-ci ildə Məkkədə Hərəmin genişlətmə layihəsi çərçivəsində həyata keçirilən təmir işləri zamanı kranın devrilməsi ilə 110 nəfər həlak olmuş, 400 nəfər də yaralanmışdı. Teqlər : #Kəbədə kran aşdı FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda partlayışalar: 8 ölü, 45 yaralı Ayətullah Qulamrza Həsəni vəfat edib