Kənd təsərrüfatı ilə sığortaya maraq yoxdur

Kənd təsərrüfatı ilə sığortaya maraq yoxdur

-- Fermer təsərrüfatlarını risklərdən necə qoruyaq

"Yeni Müsavat" qəzetində isə "Fermer təsərrüfatlarını risklərdən necə qoruyaq" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif fermer təsərrüfatlarının risklrədən qorunması məsələsini gündəmə daşımaqla ekspert Natiq Cəfərli ilə müzakirəyə çıxarır.
 
Müəllif deyir ki, fermer təsərrüfatlarını risklərdən qorumaq aktual məsələyə dönüb, səbəb də budur ki, son günlər bəzi rayonlarda hava şəratinin pisləşməsi, yağıntı miqdarının artması, dolu yağması fermer təsərrüfatlarına ciddi ziyan vurdu: "Lakin diqqət çəkən odur ki, bununla bağlı fermerlərə nəinki yardım edilmədi, hətta dəymiş ziyan araşdırılıb ictimaiyyətə təqdim olunmadı. Kənd təsərrüfatı bütövlükdə yüksək risk daşıyan və iqlim şəraitindən asılı olan bir sahədir. Belə olan halda fermerlərin bu sahəyə yatırdıqları vəsaitlərin sözügredən risklərdən sığortalanması məsələsi gündəmə gəlir. Hazırda bu istiqamətdə müəyyən işlər görülsə də, hər hansı işlək mexanizm yoxdur və sığorta şirkətləri də fermerlərlə işləməkdə maraqlı deyillər".
 
Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli də bildirdi ki, "Azərbaycanda aqrar sahənin sığortası normal müzakirə olunmayıb və qərarvermə mexanizmləri yaranılmayıb. Ancaq əslində aqrar sahənin inkişafı, fermerlərin sığortalanması və gələcəkdə itkilərə məruz qalması üçün sığortanın tətbiqi çox vacib istiqamətlərdən biridir". Bu sahədə durumu ekspert Natiq Cəfərli qəzetə belə şərh edir.
 
Ekspert deyir ki, Azərbaycanda sığorta şirkətləri buna maraq göstərmir, dövlətin də müvafiq təşviq proqramları yoxdur ki, sığorta şirkətlərində maraq oyatsın. Kənd təsərrüfatı hava şəraitindən və ya məhsuldarlığın necəliyindən aslı olduğu, üçün itkilərə məruz qalması riski çox yüksəkdir. Ona görə də şirkətlərə sərf eləmir ki, kənd təsərrüfatı sahəsində sığorta işləri ilə məşğul olsunlar".
 
N.Cəfərli deyir ki, qonşu ölkələrdə dövlət sığorta xərclərinin ən azı yarısını öz üzərinə götürür, bu da sığorta şirkətlərində maraq oyadır, belə halda sığorta haqqı ödənişlərinin bir qismini fermer özü, çox zaman yarısını dövlət ödəyir.
 
Ekspertin deməsinə görə, ancaq bu halda sığorta şirkətləri kənd təsərrüfatının sığortası ilə məşğul olmağa maraq göstərirlər. Bu, fermerlərə də sərf edir ki, hava şəraiti, təbiət hadisələri ilə əlaqədar itkilərin qarşısı alınır və fermerlər ziyana düşmür.
 
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılsa da, istifadəsiz qalır: "Təbii fəlakətlə əlaqədar fermerlərə dəymiş ziyanla bağlı hər bir rayonda Fövqəladə Hallar Komissiyası fəaliyyət göstərir. Komissiya dəymiş ziyanı müəyyənləşdirir və aktlaşdırır".
 
İ.Cümşüdov deyir ki, sığorta müqviləsi bağlanması məqsədilə ildə 1 milyon manat ayırlsa da istifadəsiz qalır və səbəb də budur ki, kənd təsərrüfatında risklər böyük olduğuna görə, sığorta şirkətləri istehsalçı ilə müqavilə bağlamağa maraq göstərmir.
 
Müəssisə rəsmisi deyir ki, təcrübədə bəzi hallarda dövlətin fermerlərə dəymiş ziyanın müəyyən bir qismini qarşılaması ilə bağlı faktlar var, lakin bunlar daimi xarakter daşımır.(contact.az)
 

Google+ WhatsApp ok.ru