Kənd təsərrüfatında bahalaşma - Rəsmi

Kənd təsərrüfatında bahalaşma - Rəsmi

Bu ilin avqust ayında iyul ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3,9 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 6,2 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,7 faiz bahalaşıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  ay ərzində balıq və sair balıqçılıq məhsulları və həmçinin, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik baş verməyib.(oxu.az)

Google+ WhatsApp ok.ru