Kərbəla şəhəri Ərbəin zəvvarlarını qarşılamağa tam hazırdır

Kərbəla şəhəri Ərbəin zəvvarlarını qarşılamağa tam hazırdır

İraqın Kərbəla şəhəri Ərbəin zəvvarlarını qarşılamağa tam hazırdır.
 
Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzinin sədri Əbdül Əmir Taha Abulla Əl-Qureyşi belə bir açıqlama ilə çıxış edib: “Şəhər Həzrət Əba Əbdillah Hüseynin (ə) Ərbəin zəvvarlarını qarşılamağa hazırdır və bu məsələdə bütün işlər tam şəkildə görülümüşdür”.
 
Qureyşi bütün heyyətləri lazım olan ləvazimat və əşyallarla təmin etdiklərini və şəhərə əlavə çadırlar gətirdiklərini bildirib.
 
O, təcili tibbi yardım işçilərinin rastlaşa biləcəyi fövqəladə hadisələr, eləcə də xəstələrin təcili köçürülməsi baxımından təcili yardımların 24 saat fəaliyyət göstərəcəyini də deyib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru