Kərbəlada İmam Hüseynin (ə) hərəmində beynəlxalq Quran yarışları keçiriləcək

Kərbəlada İmam Hüseynin (ə) hərəmində beynəlxalq Quran yarışları keçiriləcək

Kərbəlada İmam Hüseynin (ə) hərəmində Quranın hifz, tilavəti və təfsiri üzrə beynəlxalq yarış keçiriləcək. 
 
Maide.İnfo İraq KİV-lərinə istinadən xəbər verir ki, bu yarışlar həm kişilər və həm də qadınlar üçün ayrı-ayrılıqda təşkil olunacaq. 
 
İmam Hüseynin (ə) hərəminin "Darul-Quran" Müəssisəsinin müdiri Şeyx Həsən Əl-Mənsuri bildirib ki, bu yarışlar tezliklə İmam Hüseynin (ə) hərəmində təşkil olunacaq.
 
“İslam dünyasında və İraqda Quran üzrə istedadlı şəxslərin tərbiyəsi və onların yetişdirilməsi üçün İmam Hüseynin (ə) hərəminin Quran evi (Darul-Quran) bu yarışı təşkil edir”.
 
Qeyd edək ki, yaxın günlərdə Kərbəlada keçiriləcək beynəlxalq Quran yarışlarında iştirak etmək üçün şərtlər açıqlanacaq. /

کربلا؛ میزبان مسابقات بین‌المللی قرآن کریم

Google+ WhatsApp ok.ru