Kərbəlanı rekord sayda zəvvar ziyarət edib

Bu il İraqın Kərbəla şəhərində İmam Hüseynin məzarını ziyarət etmək üçün rekord sayda – 17,5 milyon şiyə gəlib. Zəvvarların əksəriyyəti İran vətəndaşlarıdır.
 
Maide.az xəbər verir ki, Euronews telekanalına istinadla xəbər verir ki, iranlı zəvvarların sayı İŞİD-in təhdidlərinə cavab olaraq artıb. Ziyarətçilərin həddən artıq çoxluğu səbəbindən İrandakı İraq səfirliyinin vizaların hamısını sənədləşdirə bilmədiyi üçün bir çox insan sərhədi keçməyə müvəffəq olmayıb.
 
İraq hökumətinin viza rüsumunu ləğv etməsi digər ölkələrdən gələn ziyarətçilərin də sayının artması ilə nəticələnib.
 
Ziyarət müddətində rəsmi Bağdad yüksək təhlükəsizlik tədbirləri həyata keçirib.

Google+ WhatsApp ok.ru