Kərkükdə İraq Ordusu ilə kürdlər arasında silahlı qarşıdurma başlayıb

Kərkükdə İraq Ordusu ilə kürdlər arasında silahlı qarşıdurma başlayıb

İraq baş naziri Heydər əl-Abadi Kərkük əyalətində təhlükəsizliyin bərqərar edilməsi üçün fərman verib.
 
Sumariya Agentliyinin məlumatına görə, Heydər əl-Abadinin qərarından sonra İraq Ordusunun Doqquzuncu Zirehli Alayı, Terrorla Mübarizə bölmələri, Federal Polis Kərkükdə əməliyyata başlayıblar və Kərkük əyalətində bəzi yerləri nəzarətə alıblar.
 
Bildirilib ki, bu zaman kürdlərin Peşmərgə qüvvələri ilə qarşıdurma yaşanmayıb. Bildirilib ki Haşdu-Şabi də Kərkük ətrafında İraq Ordusuna dəstək verəcək.
 
Bu arada Kərkükün Tuz-Xurmatu şəhəri tərəflər arasında qarşıdurmanın şahidi olub. Peşmərgəyə yaxın mənbələr bu şəhərdə Haşdu-Şabinin 4 hərbi texnikasını sıradan çıxardıqlarını deyiblər.
 
Kərkük şəhərinin cənubunda əs-Sənai qəsəbəsində də qarşıdurma baş verib. Ölənlər barədə məlumat hələ yoxdur.
 
Ötən gün İraq prezidenti Fuad Məsum (kürd əsilli) Kürd muxtariyyətinin lideri Məsud Barizani ilə danışıqlar üçün Süleymaniyyə şəhərinə getmişdi. Kürd muxtariyyəti rəsmiləri referendumun nəticələrini ləğv etməyəcəklərini lakin, onun nəticələrini yalnız bir il üçün donduracaqlarını deyiblər.(islaminsesi)
 

Google+ WhatsApp ok.ru