Lənkəranda məktəblilər qəza törədib, 4 şagird yaralanıb

Lənkəranda məktəblilər qəza törədib, 4 şagird yaralanıb

Lənkəranda məktəb şagirdləri qəza törədib.
 
Maide.Az bildirir ki, "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib.
 
Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad. Yaralılardan biri sürücüdür. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru