Lənkəranın daha bir inanclı sakini həbs edildi

Lənkəran şəhərindən olan gənc fəal həbs olunub 
İslamazeri.az-ın əldə etdiyi məlumata görə, gənc fəallardan olan Lənkəran şəhər sakini Rauf Huseynov həbs edilib.
Onun həbs olunmasının səbəbi hələ ki, heçnə göstərilmir. Amma ehtimal olunur ki, o, bir neçə gün bundan öncə  manatın dəyərdən düşməsi ilə əlaqədar olaraq sosial şəbəkələrdə etiraz  aksiyası üçün keçirilən toplantının təşkilatçılığında ittiham olunur.
Məlumata görə, onun barəsində ictimai asayişi pozma maddəsiylə  7 sutka həbs qərarı verilib.
Xatırladaq ki, bir neçə gün bundan öncə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları rayon inanclısı Bilal Hüseynlini saxlayaraq polis şöbəsinə aparıblar. Saxlanılan inanclının yaxınları saxlanma səbəbini soruşduqda bildiriblər ki, B.Hüseynlinin saxlanma səbəbi manatın dəyərinin aşağı düşməsi və qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya təşkil etməsidir. Yaxınları bildiriblər ki, Bilal Hüseynli polis şöbəsindən çıxarılaraq aksiya təşkilatçısı kimi Lənkəran Şəhər Məhkəməsinə aparılıb. Lənkəran məhkəməsində də onun barəsində 7 sutka həbs qərarı çıxarılıb./

Google+ WhatsApp ok.ru