Ölən erməni əsgərləri ictimaiyyətdən gizlədilir

Erməni əsgər valideyinlərinə “övladlarınızı rejimin əlindən alın!” çağırışı edilib 
 
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən musavat.com-a daxil olan məlumata əsasən, son günlər cəbhədə artan intensivlik və ölən erməni hərbi qulluqçuları ictimaiyyətdən gizlədilir. 
 
Erməni kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, yerli sakinlər bildirirlər ki, dövlət rəsmiləri ölən əsgərlərin gətirildiyi evlərə gələrək, ölənin qohumlarını, yaxınlarını, kənd sakinlərini sakitləşdirməyə çalışır. 
 
Qondarma “soyqırım” ərəfəsində sabitliyi saxlamaq, dəvət olunan qonaqlarda mənfi abı-hava yaratmamaq məqsədi ilə ölkə rəhbərliyinin canfəşanlığı ilə bağlı sosial şəbəkələrdə yazılar yayıldıqdan sonra orduda xidmət edən hərbi qulluqçular, xüsusən də əsgər analarının təşkilatı olan “Əsgər anaları” ictimai birliyi etiraz aksiyasına çağırıb. Hökümət binası qarşısına toplaşan əsgər valideyinləri Qarabağda xidmət keçən övladlarını Ermənistana geri çağırmağı tələb ediblər. 
 
24 aprel qondarma “soyqırım” ərəfəsində Azərbaycanın hücüm edəcəyi ilə bağlı xəbərlərdən təşvişə düşən valideynlər, övladlarını geri çağırmasalar, 24 aprel tarixində övladlarını qorumaq üçün Qarabağa yollanacaqlarını bildiriblər.
 
“Öləcəyiksə, bir yerdə ölək” deyən analar Qarabağda xidmət keçən əsgərlərin analarını birləşməyə və Qarabağa gedərək, övladlarını cinayətkar rejimin əlindən almağa çağırıblar. Onlar Sarkisyan rejimini bu günkü erməni gəncliyini təhlükəyə ataraq, 100 il əvvəl olduğu ehtimal olunan hansısa keşmişin qalıqlarında eşələnməkdə günahlandırır, bu gün günahsiz olan övladlarının həyatına təminat istəyirlər.
 
Yayılan xəbərlərə görə, cəbhədə son günlər artan itkilərdən narahat olan hökümət diqqətini tam olaraq, ölkədəki sabitliyi saxlamağa, tədbiri insidentsiz yola vermək üçün bütün imkanlarından istifadə etməyə çalışır. 
 
Dəvət olunan qonaqların Ermənistana səfəri ərəfəsində əsgər valideyinlərinin Qarabağa, övladlarının yanına səfər etmək çağırışları höküməti ciddi narahat edir.(Yüni Müsavat)

Google+ WhatsApp ok.ru