Lənkəranda Hz.Əlinin (ə) mübarək mövludu keçirildi (FOTO)

İmam Əlinin (ə) mübarək mövlud günü münasibəti ilə Lənkəranda tədbir keçirilib. 
 
Mərasim müqəddəs kitabımız Qurani-Kərimin tilavət olunması ilə başlanıb. Müqəddəs ayələrin tilavətindən sonra mərasimin aparıcısı giriş nitqilə çıxış edərək mərasim iştirakçılarını, dünya müsəlmanlarını və Zəmanə İmamını (əc) əziz mövlud münasibətilə təbrik edib.
 
Tədbirə bölgə ruhaniləri ilə yanaşı, ətraf şəhər və kəndlərdən də Əhli-Beyt (ə) aşiqləri iştirak edib. Tədbridə alimlər İmam Əli (ə) və Əhli-Beyt həyatına dair bilgilərlə çıxış ediblər.
 
Ardınca "Ali Əba" qrupu İmam Əliyə (ə) həsr edilmiş biri-birindən gözəl şeirlər və surudlar səsləndirib.
 
Mövlud tədbirində həmçinin az yaşlı tələbələr, İmam Əliyə (ə) həsr edilən şeirlər səsləndirib.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru