Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətində problem yaranıb

Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətində problem yaranıb

Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolu bir neçə saatlıq bağlanıb. Buna səbəb hava şərait ilə bağlı irigövdəli ağacların qırılaraq yola düşməsi olub.
 
Hadisə Lənkəran-Lerik yolunun 28-ci kilometrliyində qeydə alınıb. Yolda nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədi ilə gecə saatlarında Lerik Yol İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib, iri ağaclar hissələrə bölünərək yoldan yığışdırılıb.
 
Hazırda sözügedən yol açıq olsa da, buz bağlaması səbəbindən sürücülər üçün təhlükəli olaraq qalır. Lerik Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev APA-ya bildirib ki, 40-cı km-dən başlayaraq 56-cı km-ə qədər yol buz bağlayıb. Şaxtalı hava şəraitində yolun buz qatını qum və duzla əritmək mümkün deyil. Ona görə də qış hazırlığı olmayan avtomobillərin həmin yoldan keçmələri olduqca təhlükəlidir. (apa) /

Google+ WhatsApp ok.ru