Lənkəradan İmam Hüseynin (ə) mövlud günü bəzi avtobuslar sərnişinlərə pulsuz ximət göstərib - FOTO

Lənkəradan İmam Hüseynin (ə) mövlud günü bəzi avtobuslar sərnişinlərə pulsuz ximət göstərib - FOTO

Azərbaycanın Lənkəran şəhərində İmam Hüseynin (ə) mövlud günü münasibətilə bəzi sərnişin avtobusları pulsuz xidmət göstərib. 
 
Maide.Az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkədə paylaşılıb. Aprelin 30-da Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin sevimli qızı Xanım Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı imamı Hüseynin (ə) mübarək mövlud günündə, Lənkəranda sərnişin avtobuslarından bəzisi avtobusların üzərinə “İmam Hüseynin (ə) mövluduna görə ehsan” yazaraq sərnişinlərə pulsuz xidmət göstərib.
 
Qeyd edək ki, 30 aprel - 3 şəban - İmam Hüseynin (ə) mübarək mövludu, 01 may - 4 şəban - Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu və 02 may - 5 şəban - Həzrət İmam Səccadın (ə) mübarək mövludu günüdür. 
 
Bu mövludlar münasibəti ilə Maide.Az kollektivi bütün dünya müsəlmanları və Əhli-beyt (ə) aşiqlərini təbrik edir. /
 
 
 

Google+ WhatsApp ok.ru