Lənkərandan Bakıya gələn mikroavtobus aşıb: xəsarət alanlar var

Lənkərandan Bakıya gələn mikroavtobus aşıb: xəsarət alanlar var

Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.
 
Hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.
 
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.
 
O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”. 
 

Google+ WhatsApp ok.ru