Lənkəran və Lerikdə zəlzələ oldu - YENİLƏNİB

Lənkəran və Lerikdə zəlzələ oldu - YENİLƏNİB

Lənkəran rayonunda zəlzələ olub.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki, zəlzələ saat 10:07-də qeydə alınıb. Təxminən, 3 bala qədər olan zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb. 
 
Lerik rayonunda da zəlzələ olub. Saat 10:11-də qeydə alınan zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb. Lerik rayonunda zəlzələnin 3.5-4 bala qədər olduğu bildirilir.
 
***
Azərbaycanda zəlzələ olub.
 
Maide.Az "Qafqazinfo"a istinadla  xəbər verir ki, cənub bölgəsində bir neçə dəqiqə əvvəl zəlzələ baş verib.
 
Respublika Seysmoloji Xidmət Mərkəzi də zəlzələ ilə bağlı məlumat yayıb. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km cənub- qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
 
 

Google+ WhatsApp ok.ru