Ləqlaq qülləsi - Qüdsün gülləkeçirməz köynəyi (ARAŞDIRMA)

Ləqlaq qülləsi - Qüdsün gülləkeçirməz köynəyi (ARAŞDIRMA)

Əgər kimsə Fələstinin işğal altında olan qədim və müqəddəs Qüds şəhərində boylanıb ətrafa tamaşa etmək istəsə, gözü mütləq Ləqlaq qülləsinə sataşacaq.
 
Ləqlaq qülləsi tipik İslam arxitekturasına malik olmaqla işğal edilmiş Qüdsün şimal-şərq divarlarının bir hissəsini təşkil edir və burada yerləşən Rokfeller muzeyilə üz-üzə dayanıb. Burada Fələstin tarixinə məxsus çoxlu sayda əşya və eksponatlar saxlanılır.
 
 
Qüllə Osmanlı sultanı Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə inşa edilib. Bunu işğal altındakı Qüdsün İslami Vəqflər Departamentinin turizm və arxeologiya şöbəsinin direktoru Yusif Nətşə deyir. Qüllənin şərq hissəsində divara həkk olunmuş yazılar da bu məlumatı təsdiqləyir.
 
"Qüllənin dörd fasadı vardır. Bunlardan ən çox diqqəti cəlb edənlər şimal və şərq divarlarıdır. Bu divarlara həndəsi və botanik ornamentlər həkk edilib. Həmçinin qüllə balıqqulağından hazırlanmış daş təsvirlər və xüsusi daş çivlərlə bərkidilmiş yivli şalbanların üzərində duran 20 ədəd boru ilə bəzədilib", - deyə şöbənin direktoru sözlərinə əlavə edib.
 
Y.Nətşə, həmçinin deyib ki, ikimərtəbəli qüllənin içərisinə qərb divarındakı kiçik girişdən daxil olmaq olur. Birinci mərtəbədə yarımkvadrat formasında kiçik bir otaq mövcuddur. Hücrənin şərq, cənub və qarşı divarları şəhərin tarixi divarlarını təşkil edir.
 
 
Qüdsün və əl-Əqsa məscidinin tarixini araşdıran tədqiqatçı Naci Bukeyrətin sözlərinə görə, Qüllənin inşası fikri Səlahəddin Əyyubinin dövrünə aiddir. Belə ki, Səlahəddin Qüdsü xarici işğallardan qorumaq üçün 1187-ci ildə şəhəri qala divarları ilə əhatəyə almaq layihəsini irəli sürür.
 
O əlavə edib ki, tarixi qüllə müqəddəs şəhərdəki əsas tikililərə nəzarət etməyə imkan verir və bu da şəhəri işğallardan qorumaq üçün böyük əhəmiyyətə malik olub.
 
 
Qüllədən, həmçinin başqa mənzərəli məkanları da müşahidə etmək mümkündür. Bunlardan Fələstin Rokfeller muzeyi və keçmişdə Cümə bazarının mövcud olduğu ərazini sadalamaq olar. Bu bazarda keçmişdə qoyun və sair diri heyvanlar satılırmış. Qüllə həm də Yusifiyyə qəbiristanlığına da bitişikdir.
 
Ləqlaq qülləsinin mərkəzi abidənin özəyini təşkil edir. Bura 1 hektardan az, təxminən 90 ar ərazini əhatə edir, həmçinin müqəddəs məkanın şimal-şərq küncündə strateji hissədə yerləşir. Bura ilə əl-Əqsa məscidi və əl-Zeytun yüksəkliyi arasındakı məsafə isə cəmi bir neçə metrdir.
 
Mənbə: Palinfo.com
 
Tərcümə: Felestin.info
 

Google+ WhatsApp ok.ru