Lənkəranda quduz it 9 nəfəri dişləyib

Lənkəranda quduz it 9 nəfəri dişləyib

Lənkəran rayonu Liman şəhərinin müxtəlif yerlərində və Balıqçılar qəsəbəsində 9 nəfəri it dişləyib.
 
Maide.Az "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki,  xəsarət alanları hamısı eyni itin hücumuna məruz qalıb. İt dişləyənlərdən 1 nəfəri qadın, 8 nəfəri kişidir. 
 
Şahidlərin sözünə görə, it qarşısına keçənlərin hamısına hücum edib. Bu səbəbdən də, itin quduz olduğu ehtimal edilir.
 
Balıqçılar qəsəbəsində it 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılovaya hücum edib. Liman şəhərində isə 1955-ci il təvəllüdlü Şakir  Hüseynov, 1994-cü il təvəllüdlü İsa  Aslanlı, 1999-cu il təvəllüdlü Tural Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ələkbərov, 1988-ci il təvəllüdlü Zahid Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Məmmədov, 1990-cı il təvəllüdlü Abbasov Anar it hücumuna məruz qalıblar.  
 
İt dişləməsi nəticəsində xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstələrdən 8 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılıblar. Bir nəfərin isə xəsarəti yüngül olduğundan nəzarətdə saxlanılıb və səhər saatlarında müayinə ediləcək. Onların hamısına quduzluğa qarşı vaksin vurulacaq.
 

 

Google+ WhatsApp ok.ru