`Lady Leyla`nın bayramda apardığı yardımlar Qəzzaya çatmayıb

`Lady Leyla`nın bayramda apardığı yardımlar Qəzzaya çatmayıb

Ötən cümə günü Türkiyədən yola çıxaraq bazar günü İsrailin nəzarətindəki Aşdod limanına yaxınlaşan "Lady Leyla" gəmisinin daşıdığı yardımların Qəzzaya çatmadığı ortaya çıxıb.

Türkiyə ilə İsrail arasındakı "sülh" sazişindən sonra işğalçı İsrail Qəzzaya Türkiyə tərəfindən göndəriləcək humanitar yardımlara imkan verəcəyini elan etmiş və müqavilə şərtlərində yardımların problemsiz çatdırılma məsuliyyəti də qey edilmişdi. Müqavilədən sonra 11 min ton yük ilə yola çıxan "Lady Leyla" adlı gəmi bazar günü Aşdod limanına gəlmiş və daha sonra yardım yük avtomobilləri ilə Qəzzaya doğru yola getmişdi. Bayram günü televiziyalarda çıxan xəbərlərdə bir neçə yük avtomobilin görüntüsü verilərək yardımların Qəzzaya gəldiyi qeyd edilmişdi.

Lakin aradan keçən bir neçə gün ərzində ortaya çıxan həqiqət isə hamını təəccübləndirib. İsrail rejimi ilə hərbi və kəşfiyyat əməkdaşlığı içində olan "Fəth" rəhbərliyi Qəzzaya göndərilən yardımların bayramdan əvvəl regiona çatmaması üçün müxtəlif bəhanələr irəli sürərək yəqin ki, İsrail ilə razılaşdırılmış olaraq yardımların Qəzzaya çatmasının qarşısını alıb. Yardımların 1 həftə gec bu gün Qəzzaya girişinə davam ediləcəyi bildirilib.

Qəzzadakı sosial işlər naziri müavini Yusif İbrahim də Türkiyə hökumətini bütün yardımların eyni anda Qəzzaya girişinə icazə verməsi üçün İsrail rejimi rəhbərliyinə təzyiq göstərməyə çağırıb.

Fələstinli ekspertlər bayramdan əvvəl təxminən 400 yük maşınından ibarət karvandan yalnız 5 ədədinin Qəzzaya daxil olmasına icazə verildiyini və İsrailin Fələstin rəhbərliyi vasitəsilə Türkiyə ilə imzalanan müqaviləni bilavasitə olaraq pozduğunu qeyd edirlər.

Digər tərəfdən, sionist İsrailin Türkiyə ilə müqavilə imzalamazdan əvvəl nəşr etdirdiyi yeni bir bəyannamə ilə Qəzzaya girməsi qadağan olan materiallar siyahısını təzələdiyi və nəşr olunan 5765 maddəlik yeni siyahı ilə Qəzzaya girməsi qadağan olunan materialların sayının 10 minə çatdığı məlum olub. Nəşr olunan yeni siyahı ilə Qəzzada döyüşlər səbəbi ilə dağıdılan evlərin yenidən inşa prosesində istifadə edilməsi üçün nəzərdə tutulan materialların bölgəyə girişi qadağan olunub. Buna görə də Türkiyədən Qəzzaya "Lady Leyla" gəmisi ilə gedən yardım vəsaitlərinin içində tikinti materialları yox idi. (Eastnews)

Google+ WhatsApp ok.ru