İlahi xəbərdarlıqlara ciddi yanaşaq!

İlahi xəbərdarlıqlara ciddi yanaşaq!

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “İsra” surəsinin 16-cı ayəsində buyurur:
 
وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا
 
“Biz bir məntəqəni (günahlarına görə) həlak etmək istədikdə, onun xoş güzaran keçirən adamlarına əmr edərik. Belə ki, bu əmrə qarşı müxalif və aciz olarlar. Nəticədə, əzab və ilahi qəhr-qəzəbə düçar olarlar. Sonra oranı tam viran qoyarıq.”
 
“Əmərna mutrəfiha”, yəni qövm başçılarına itaət əmri verərik. Allah zülm və günah yox, ədalət və ehsan göstərişi verir. Həlak etməzdən öncə itaət göstərişi verilir. Rifah içində yaşayanlar müxalif olar və adi insanlar da onların yolunu gedərlər. Həmin vaxt ilahi qəhr-qəzəb qətiləşər və itaətdən çıxanları bürüyər. 
 
Hikmət sahibi olan Allahın əzab istəyi bizim günahlarımıza və mənfi xislətlərimizə əsaslanır. Əslində, Allah mehribandır, heç bir qövmü səbəbsiz yerə həlak etmir. İmam Riza (ə) buyurur: “Bu ayədə ilahi iradə bizim günahımızla şərtlənir.” (“Təfsiri-Kənzüd-Dəqaiq”.)
 
 
Bildirişlər
1. İnsanın nemətlərə qərq olması da ilahi qəhr-qəzəb və cəza nümunəsi ola bilər. 
 
2. Cəmiyyətdəki varlı insanlar ilahi qəhr-qəzəbə zəmin yaradırlar. 
 
3. Cəmiyyətin əxlaqı və ictimai baxımdan süqutu bu cəmiyyətin varlı başçılarının əlindədir. 
 
4. Rifah, adətən, fəsad səbəbi olduğundan peyğəmbərlərə qarşı ilkin olaraq rifah içində yaşayanlar çıxmışlar. 
 
5. İtaətsizlik göstərənlərə möhlət vermək ilahi sünnə və qanundur. 
 
6. İlahi xəbərdarlıqlara ciddi yanaşaq, özümüzü islah edək. Çünki bu hədələrin həyata keçməsi öz əməllərimizdən asılıdır. 
 
7. Höccət tamamlanmadan, yetərli dəlillər gətirilmədən ilahi əzab nazil olmur. 
 
8. İlahi qəhr-qəzəb və əzab şiddətlidir. 
 
9. Bütün işlər Allah qüdrəti ilə həyata keçir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.7, “İsra” surəsi, 16cı ayənin təfsiri.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru