İlahiyyatçı Elşən Mustafaoğlunun məhkəməsi başlayır

İlahiyyatçı Elşən Mustafaoğlunun məhkəməsi başlayır

Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə məhkəmənin tarixi məlum olub.
 
Bu barədə vəkil Əfqan Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 12-də keçiriləcək. Əfqan Məmmədov bildirib ki, materiallarla tanış olan zaman cinayət işində heç bir şahid və sübuta rast gəlməyib və bu iş xitam olunmalı idi.
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. (Lent.az)

Google+ WhatsApp ok.ru