Lassa qızdırmasından 31 nəfər öldü

Lassa qızdırmasından 31 nəfər öldü

-- Nigeriyada

Nigeriyada Lassa qızdırması epidemiyası 31 nəfərin ölümünə səbəb olub.
 
Maide.Az -ın  APA-a i istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriyanın Səhiyyə naziri İsaak Adevole bildirib.
 
Onun sözlərinə görə, artıq ağır xəstəliyə yoluxanların sayı 105 nəfərə çatıb. Ölümcül virusa yoluxan 10 tibb işçisindən 4-ü dünyasını dəyişib. “Əvvəllər epidemiya yalnız quraqlıq mövsümündə baş qaldırırdı, indi isə biz bütöv il ərzində xəstəliklə mübarizə aparırıq”, deyə nazir qeyd edib.
 
Siçanlardan insana keçən Lassa qızdırması insanlar arasında təmas yolu ilə yayılır və qanaxmalarla müşayiət olunan yüksək hərarətə səbəb olur.
 

Google+ WhatsApp ok.ru