Las Veqas polisi qadın əməkdaşlarını hicabla növbəyə göndərəcək

Las Veqas polisi qadın əməkdaşlarını hicabla növbəyə göndərmək qərarına gəlib.
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, hicablı polis qadınlar müsəlman əhalidə etimad yaradır, onlarla daha rahat ünsiyyət qurmaq mümkün olur. Polis qadınlar hətta şəhərdə son cümə namazına qatılıb.
Las Veqas polisinin sözçüsü Saşa Larkin deyib ki, bu layihə hələ ki Las Veqasda həyata keçirilir. Məqsəd müsəlman əhalidə polisə etimad yaratmaqdır. Bizim təcrübəmiz başqa şəhərlərdə polisə nümunə ola bilər.
Amerikada 6 milyon müsəlman və  2 min məscid var. Las Veqasda  isə 30 min müsəlman yaşayır. Şəhərdə cinayətkarlıq göstəricisi böyükdür və bundan daha çox müsəlmanlar əziyyət çəkir.
Polis yeni layihələrlə şəhərdə əmin-amanlıq yarada biləcəyinə ümid edir. 
 

Google+ WhatsApp ok.ru