Lavrov: “Rusiya “İŞİD”-lə mübarizədə ABŞ-la kəşfiyyat informasiyası mübadiləsi aparmaq öhdəliyi götürməyib”

Rusiya üzərinə “İslam Dövləti” (“İŞİD”) kimi tanınan terror qruplaşmasına qarşı mübarizə aparan koalisiyaya qoşulan ölkələrlə hər hansı kəşfiyyat informasiyasının mübadiləsini aparmaq öhdəliyini götürməyib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Rusiya ilə ABŞ “İŞİD”-ə qarşı mübarizə çərçivəsində kəşfiyyat xarakterli informasiyaların mübadiləsini aparacaq. Bu, yanlış fikirdir. Oktyabr ayının 14-də Parisdə baş tutan görüşümüz zamanı Con Kerri “İŞİD”-lə mübarizə çərçivəsində ABŞ-ın Rusiya ilə əməkdaşlığı etmək niyyətini açıqladı. Mən isə cavab olaraq qeyd etdim ki, Rusiya terrora qarşı mübarizədə hər kəsə, o cümlədən region dövlətlərinə də hər zaman kömək edib”, - deyə o bildirib.

Nazir həmçinin bildirib ki, Rusiya İraqa hərbi təlimatçılar göndərmək fikrindən də uzaqdır. /

 

Google+ WhatsApp ok.ru