Lavrov: ‘ABŞ bütün məntəqəni oda atmaq istəyir’

Lavrov: ‘ABŞ bütün məntəqəni oda atmaq istəyir’

Rusiya xarici işlər naziri Sergey Lavrov, Qərbi Asiyadakı son gərginliyin Vaşinqtonun anti-İran yanaşmasının və bəzi müttəfiqlərinin birbaşa fəaliyyətlərinin nəticəsi olduğunu bildirib.   

Bu barədə o, "Arqument və Fakt"  portalına verdiyi müsahibəsi zamanı bildirib. "Amerika hazırda öz gücünü göstərməyə çalışır. İranı etibarsızlaşdırmaq üçün kampaniya başladıb.

İran İslam Respublikasını bütün baş verənlərdə ittiham etmək istəyir. Vaşinqton bütün bölgəni oda atmaq üçün potensial dağıdıcı nəticələrə malik bir oyuna başlayır", - deyə.Lavrov qeyd edib.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru