Lavrov: ‘Bayden dövründə ABŞ və Rusiya bir çox problemlə bağlı çətin ki, razılığa gəlsin‘

Lavrov: ‘Bayden dövründə ABŞ və Rusiya bir çox problemlə bağlı çətin ki, razılığa gəlsin‘

Bayden dövründə ABŞ və Rusiya bir çox problemlə bağlı çətin ki, razılığa gələ biləcəyi açıqlanıb.

 "Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində...” 

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində deyib.   

Rusiya XİN başçısı ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib:

“Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var. Bəli, bu problemlərin bir çoxu barədə çətin ki, razılığa gələk. Lakin məlumdur ki, strateji sabitliklə bağlı dialoqu davam etdirməyin vacibliyi qaçılmazdır”.  / apa.az /

Google+ WhatsApp ok.ru