Lavrov: `ABŞ ya Suriyadakı vəziyyəti anlamır, ya da təxribatla məşğuldur` 22 Yanvar 2018 02:00 Dünya -- düşünülmüş təxribat ABŞ hərəkətləri onu göstərir ki, onlar Suriyadakı vəziyyəti ya anlamır, ya da bilərəkdən təxribat törədirlər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yəmənli həmkarı Əbdülmalik Abdülxalil əl-Mexlafi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. ABŞ-ın Suriyadakı fəaliyyətini tənqid edən Rusiya XİN başçısı bildirib ki, ABŞ Suriyada baş verənləri ya başa düşmür, ya da bilərəkdən təxribat törədir: "ABŞ tərəfindən Suriyanın Türkiyə və İraqla sərhəd xətti boyu təhlükəsizlik qüvvələri yaradılması bilərəkdən törədilən təxribat ola bilər. Daha sonra inkar etsələr də, faktlar sərhədləri nəzarətə götürməklə bağlı bu fəaliyyətin davam etdirildiyini göstərir. Bu, ya vəziyyətin baş düşülməməsi, ya da düşünülmüş təxribatdır". Teqlər : #Lavrov: `ABŞ ya Suriyadakı vəziyyəti anlamır,#ya da təxribatla məşğuldur`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran XİN-in sözçüsü: “Türkiyənin əməliyyatını diqqətlə izləyirik” 100 milyard dollara “azadlıq”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO