Lavrov: Dünyada vəziyyət daha da pisləşib

Lavrov: Dünyada vəziyyət daha da pisləşib

ABŞ məqsədli şəkildə dünyanın memarlıq quruluşunu və strateji sabitliyini pozur.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
 
XİN rəhbəri silah məsələsi ilə bağlı dünyada vəziyyətin daha da pisləşdiyini bildirib:
 
“Vaşinqton Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasını (İNF) pozaraq gərginliyin artmasına səbəb oldu”.
 
Lavrov Rusiyanın sərhədləri yaxınlığında NATO-nun hərb-siyasi strukturunun gücləndirməsindən dolayı narahatlığını da ifadə edib.
 

Google+ WhatsApp ok.ru