Lavrov Paşinyanın Qarabağ istəyinə münasibətini AÇIQLADI

Lavrov Paşinyanın Qarabağ istəyinə münasibətini AÇIQLADI

-- Rusiya həm Bakı, həm də İrəvanla

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zoqrab Mnasakanyanla görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Ermənistanın Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı istəyinə münasibət bildirib.
 
Publika.az xəbər verir ki, Lavrov Azərbaycan və Ermənistanın bu məsələdə razılaşacağı təqdirdə, Rusiyanın bunu alqışlayacağını deyib.
 
“Qarabağ hansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danıışıqlar iki tərəf arasında aparılıb. Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq”, - deyə o qeyd edib.
 
Lavrov əlavə edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: “Bu mövqe Qarabağ münaqişəsinin hər zaman Minsk Qrupu vasitəsi ilə danışıqlar yolu ilə aparılmasından ibarətdir. Bu, ən optimal variantdır”.
 
Lavrov qeyd edib ki, Rusiya həm Bakı, həm də İrəvanla ikitərəfli, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin həll yolunun tapılmasına kömək etməyə davam edəcək.
 

 

Google+ WhatsApp ok.ru