Lavrov: «Parada gəlməyən liderlər qorxuya düşüblər»

«Parada gəlməyən Qərb liderləri ya öz prisiplərini yeridirlər, ya da qorxuya düşüblər». Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb liderlərinin qələbənin 70 illiyinə həsr olunmuş paradı «boykot» etmələrini belə şərh edib. Lavrov hesab edir ki, «boykotçular» bu yolla həm də qələbəni Rusiyadan oğurlamağa cəhd edirlər: «Biz həmişə bu savaşın çoxmillətli olduğunu qeyd etmişik. Bu savaşda amerikalılar da, ingilislər də, fransızlar da, bir çox başqa millətlərin nümayəndələri də döyüşüb. Bu bizim bayramımızdır. Rusiya bu qələbəni özəlləşdirmək istəmir, əksinə, onu bizdən oğurlamağa çalışırlar».
 
Lavrov Avropa liderlərinin parada gəlməməsindən problem yaratmaq istəmədiklərini də bildirib: «Kimlərsə ideoloji səbəblərə görə imtina edib, kimlərsə bu gündən Rusiyanı təcrid etmək siyasətinin davamı kimi istifadə edir, kimlərsə qorxuya düşüb. Amma bütün bunlar bu bayramın bizim üçün əhəmiyyətini qətiyyən azaltmır. Rusiyaya qarşı təzyiqlərə hesablanan presidentsiz konfrontasiya kampaniyasının obyektinə çevrilmişik. Özü də tək maliyyə və iqtisadi yox, həm də informasiya və təbliğat sahəsində. Hədəf birbaşa elan olunub – Rusiyanı təcrid etmək. Bunu bacara bilmədilər».
 
XİN rəhbəri hesab edir ki, baş verənlərə qarşı duruş gətirmək, ədalətli davranmaq, həmçinin səbir, özünəinam və qətiyyət göstərmək Rusiyanın son dövrlərdəki ən böyük nailiyyətidir.

Google+ WhatsApp ok.ru