Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə nizamlanma məsələlərini yenidən müzakirə edib

Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə nizamlanma məsələlərini yenidən müzakirə edib

 Oktyabrın 20-də və 21-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab  Mnatsakanyanın ayrı-ayrı görüşləri keçirilib. Bu barədə çərşənbə günü RF XİN mətbuat xidməti bildirib.
 
 
“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəslə bağlı öncədən  əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı nizamlanması üçün şəraitin yaradılması ilə bağlı təxirəsalınmaz məsələlər müzakirə olunub”,- məlumatda bildirilir.
 
Qeyd edək ki, bu, S.Lavrovun C.Bayramov və Z.Mnatsakanyanla son 10 gündə üçüncü görüşüdür.

Google+ WhatsApp ok.ru