Lavrov iordaniyalı həmkarı ilə Liviya və Suriyanı müzakirə edəcək

Lavrov iordaniyalı həmkarı ilə Liviya və Suriyanı müzakirə edəcək

Lavrov Moskvada iordaniyalı həmkarı ilə görüşəcək.
 
İslaminSesi xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov sabah Moskvada İordaniya xarici işlər naziri Ayman Safadi ilə görüşəcək.
 
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Mənbənin bildirdiyinə görə İordaniya xarici işlər naziri Ayman Safadi 18-19 fevral tarixində Rusiyada işgüzar səfərdə olacaq.
 
Tərəflərin bir çox məsələləri, o cümlədən Suriya və Liviyanı və Fələstin-İsrail münaqişəsinin nizamlanması problemlərini müzakirə edəcəkləri bildirilir.
 

Google+ WhatsApp ok.ru