Lavrov Pekində görüşlər keçirir 02 Fevral 2015 02:00 Dünya Maide.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergei Lavrov fevralın 2-də Pekində Çin və Hindistandan həmkarları ilə görüşür. Lavrov əvvəlcə Hindistanın xarici işlər naziri Sushma Swaraj ilə ikitərəfli münasibətləri müzakirə edib, daha sonra ikisi də Çinin xarici işlər naziri Wang Yi ilə görüşüb. Rusiya xarici işlər nazirliyinin məlumatına görə, üçlük Asiya-Sakit Okean regionunda durum, qlobal təhlükəsizliyi, Suriya, İraq, İslam Dövləti silahlı qruplaşması, Ukrayna və digər regionlarda vəziyyəti müzakirə edəcəklər. Lavrov, Swaraj və Wang Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasını da götür-qoy edəcək. Moskva və Pekin bu addımı dəstəkləyir. Lavrov fevralın 3-də Türkmənistana səfər edəcək. Teqlər : #Lavrov Pekində görüşlər keçirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərdoğana qarşı terror aktının qarşısı alındı İsraildə `cib xərcliyi` qalmaqalı böyüyür!
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO