Lavrov Qarabağla bağlı danışıqların şərtlərini açıqladı

Lavrov Qarabağla bağlı danışıqların şərtlərini açıqladı

Ermənistanda siyasi vəziyyət stabilləşməyənə kimi Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi razılığa gəlmək çətin olacaq. 
 
Maide.Az "Oxu.Az"a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov irəli sürüb.
 
Onun sözlərinə görə, əldə edilmiş razılıq (Nikol Paşinyan və İlham Əliyevin Düşənbədəki görüşündə - red.) ondan ibarətdir ki, əlaqələri davam etdirmək lazımdır.
 
Lavrov bildirib ki, xarici işlər nazirləri görüşləri davam etdirəcəklər və Ermənistanla Azərbaycan ATƏT Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır. 
 
“Biz bu razılaşmanı alqışlayırıq”, - Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib. 
 
“Başa düşürük ki, hələ daxili siyasi proseslər başa çatmayıb, çətin ki, bu böhrandan çıxış üçün konkret variantlar nəzərdən keçirilsin”, - o əlavə edib.
 

Google+ WhatsApp ok.ru