Lavrov və Kerri razılaşıb ki, B.Əsədin gələcəyi ilə bağlı danışmasınlar

Lavrov və Kerri razılaşıb ki, B.Əsədin gələcəyi ilə bağlı danışmasınlar

 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Cenevrədə danışıqlara başlayıb.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  diplomatik mənbələr  S.Lavrov və C.Kerrinin Suriya prezidenti Bəşşar Əsədin taleyi ilə bağlı razılığa gəldiyini bildirir. 
 
Avropalı diplomatlar deyib ki,  ABŞ və Rusiya razılaşıb ki, Suriyada  böhranın siyasi yolla həlli prosesinin dayanmaması üçün  hələlik  Bəşşar Əsədin gələcəyi ilə bağlı danışıq  aparmasınlar. 
 
Onlar bu qərarı ona görə qəbul edib ki,  Bəşşar Əsədlə bağlı müzakirə Suriya böhranın həlli üçün  siyasi prosesdə  maneə yaradır.  Onlar qərar gəliblər ki, Suriyada atəş kəsin tətbiqi yollarını müzakirə etsinlər. 
 
 

Google+ WhatsApp ok.ru