Lavrov və Çavuşoğlu Bakıda görüşdü

Lavrov və Çavuşoğlu Bakıda görüşdü

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov və Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində görüşüb.
 
Maide.Az "Open.az"a istinadən xəbər verir ki, hər iki ölkənin XİN başçısı öncə salamlaşıb, daha sonra görüş bağlı qapılar arxasında davam edib.
 
Gözlənildiyi kimi, nazirlər Suriyadakı vəziyyəti və bu ölkədə siyasi həll yolunu müzakirə edəcəklər.
 

Google+ WhatsApp ok.ru