Lazımi qədər su içməyəndə nələr baş verir?

Lazımi qədər su içməyəndə nələr baş verir?

-- Bədənimizdəki problemlərin səbəbi su qıtlığı imiş

Mütəxəssislərin araşdırmasına görə, gündə 2,5-3 litrə qədər su içməniz vacibdir. Əgər bir neçə gün boyunca kifayət qədər su içməsəniz, bədəninizdə bəzi əlamətlər ortaya çıxmağa başlayacaq. Bu əlamətlərdən bir neçəsini yaşadığınızı düşünürsüzsə, içdiyiniz su miqdarını gözdən keçirmənizdə fayda var. Musavat.com Türkiyə mətbuatına istinadla həmin əlamət və şikayətləri nəzərinizə çatdırır.
 
1- Ağız quruluğu
 
Susuzluğun en parlaq nümunəsi olan ağız quruluğunu zaman-zaman hər hansı bir içki, çay, kofe və ya qazlı içki ilə aradan qaldırmağa çalışırıq. Amma tez-tez ağız quruluğu yaşayırsınızsa, lazımi miqdarda su içmədiyinizi fərq edib, şüşənizi doldurmalısınız.
 
2- Quru dəri
 
Bədənimizin ən önəmli hissəsi olan dərimiz də, bütün orqanlarımız kimi suya ehtiyac duyur. Lazımi qədər su içmədiyinizdə dərinizdə quruluq, töküntülər və hətta qaşıntı, qızartılar meydana gələ bilər.
 
3- Göz quruluğu
 
İsti havalarda və kondisionerli yerlərdə tez-tez göz quruluğu yaşamanız normaldir. Amma görmə qabiliyyətinizə təsir edəcək şəkildə narahatlıq yaradan bir göz quruluğu hiss edirsinizsə, bu da susuz qalmanızın bir işarətidir.
 
4- Sümük ağrısı 
 
Sümüklər, xüsusən də onurğamızın da 80 faizi sudan meydana gəlib. Dolayısı ilə sağlam bir skelet sistemi üçün də yetərincə su içməyə ehtiyac duyuruq. Əgər sümüklərinizdə, xüsusən də əzələlərinizdə tez-tez ağrı hiss edirsinizsə, daha tez-tez su içməlisiniz.
 
5- Uzun sürən xəstəlik
 
Həzm sisteminiz toksinləri ata bilmək üçün yetərincə suya ehtiyac duyur. Susuz qaldığınız zaman bədəndə daha çox toksin yığılır və bu səbəbdən müxtəlif xəstəliklərimiz daha uzun müddət davam edə bilər. Özünüzü xəstə hiss etdiyiniz zaman yaxşılaşmanız uzun müddət davam edirsə, daha çox su içməlisiniz deməkdir.
 
6- Yorğunluq
 
Bədəniniz susuz qaldığında, ehtiyac hiss etdiyi mayelər üçün qanınızdan faydalanmağa başlayır. Dolayısı ilə qan təzyiqiniz sistemsiz bir hala gələr və özünüzü daha yorğun hiss edərsiniz. Daha çox oksigen, daha yaxşı bir qan dövranı üçün lazımi qədər su içməlisiniz.
 
7- Tez-tez acmaq
 
Susuz qaldığınız zaman bəzən özünüzü daha ac hiss edə bilərsiniz. Tez-tez nələrsə yemək ehtiyacı hiss etsəniz belə, daha tez-tez su içməyə diqqət göstərin.
 
8- Həzm problemləri
 
Orqanları qoruyan mukus təbəqəsi yenilənmək üçün suya ehtiyac duyur. Ağız və göz quruluğu kimi, daxili orqanlarımız da susuz qaldığımız zaman ehtiyac duyduqları mukus təbəqəsini yeniləyə bilməz və bu zaman da funksiyalarını yerinə yetirməyə bilər. Susuz qalındığı zaman tez-tez yaşanan problemlərdən biri də qəbzlik və buna bənzər həzm problemləridir.
 
Belə bir formul mövcuddur - insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su. Digər formula görə - 1500 ml + insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir. Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq - suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.
 
Hər gün insan orqanizmindən orta hesabla 2 l (isti yay günlərində bundan da artıq) maye ifraz olunur. Yalnız böyrəklər gün ərzində təxminən 1-1,3 l qədər maye ifraz edir. Bundan əlavə dərimiz, bağırsaqlarımız və ağ ciyərlərimiz vasitəsilə də ətraf mühitə maye ifraz olunur.
İnsanların bir hissəsi az su içir. Bu səbəbdən bu insanların sağlamlığında müxtəlif pozulmalar baş verir - böyrək xəstəlikləri, qəbizlik və s. Belə insanların dərisi daha tez qocalaraq öz təravətini itirir. Bir sıra həkimlərin fikirinə görə, insanın immun sistemində olan pozulmalar məhz orqanizmin susuzlaşması ilə bağlıdır.
 
Digər qrup insanlar gün ərzində hətta 3 l-dən artıq su içirlər. İnsan sağlamdırsa, bu ona heç bir mənfi təsir etməz. Lakin ağır xroniki ürək (ürək çatışmazlığı, bəzi ürək qüsurları formalarında və s. ) və böyrək (böyrək çatışmazlığı, kəskin qlomerulonefrit və s.) xəstəlikləri zamanı mayenin qəbulu məhdudlaşdırılmalıdır (bunu müalicə həkimi təyin edir). (musavat.com) 
 

Google+ WhatsApp ok.ru