Öldürən qida: kabab və xərçəng xəstəlikləri arasında hansı əlaqə var?

Öldürən qida: kabab və xərçəng xəstəlikləri arasında hansı əlaqə var?

Orqanizminizə zərər vurmaq istəmirsinizsə, kababı çox yeməyin və onun dietik ət növlərindən bişirin.
 
Maide.Az "sputnik"ə istinadla xəbər verir ki, bu barədə "Zvezda" telekanalına rusiyalı həkim-dietoloq Marina Makişa bildirib.
 
Həkimin sözlərinə görə, kababın 200-250 qramı ilə kifayətlənmək və onu həftədə bir dəfədən çox yeməmək lazımdır.
 
Makişa qeyd edib ki, kababı tez-tez yemək sağlamlıq üçün təhlükəli ola bilər. O, izah edib ki, kabab açıq odda bişirildiyindən ətin tikələrinə kanserogen olan (yəni xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilən) his yapışır.
 
"Kabab yağlıdırsa, yağ yanarkən transyağlar əmələ gəlir. Onlar qaraciyərə çox pis təsir edir. Transyağlar çox miqdarda onkoloji xəstəliklərin inkişafına səbəb ola bilər", - Makişa bildirib.
 
Dietoloqun sözlərinə görə, bişərkən ət parçalarının üzərində nazik qabığın əmələ gəlməsindən qaçmaq lazımdır.
 
"Bu an zülalların qlikasiyası baş verir. Bu birləşmələr qocalma prosesini sürətləndirir, onlar orqanizmdə azad radikalların yaranmasına kömək edə bilər. Bu isə onkoloji xəstəliklərin inkişafı faktorudur", - o qeyd edib.
 
Makişanın sözlərinə görə, yanma prosesində meydana çıxan fenol birləşmələrin külli miqdarda bədənə daxil olması zamanı da xərçəng xəstəlikləri riski artır.
 
 
 
Read more: https://sputnik.az/life/20200701/424311036/hekim-kabab-ve-xerceng-xestelikleri-arasinda-elaqeden-danisib.html

Google+ WhatsApp ok.ru