Lerikə güclü qar yağır, möhkəm şaxta var

Lerikə güclü qar yağır, möhkəm şaxta var

“Hazırda Lerik rayonuna güclü qar yağır. Şaxta isə həddindən güclüdür”.
 
Bunu Modern.az-a açıqlamasında Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
 
Habil Məlikov hazırda şəhərin mərkəzində təxminən 3-4 sm qarın olduğunu bildirib.
 
“Kəndlərdə isə qarın hündürlüyü 20-25 sm-ə çatıb. Axşam rayon ərazisində hətta 15-20 dərəcə şaxta var idi. İndi isə dünənkinə nisbətən şaxta azdır”.
 
Komissiya sədri həmçinin qeyd edib ki, güclü qarın yağmasına və şaxtanın olmasına baxmayaraq bütün kəndlərlə əlaqə yaradılıb.
“Əhali fasiləsiz olaraq qaz, su və işıqla təmin edilir. Rayonun mərkəzindən kəndlərə gedən yollar açıqdır”.
 
Habil Məlikov bildirib ki, hazırda Lerik-Lənkəran yolunda buzlaşma var.
“ Bununla əlaqədar tədarük edilmiş duz və qum yollara səpilir. Maşınların hərəkətinin davamlı olması üçün hansı tədbirlər lazımdırsa o, da edilir”. /

Google+ WhatsApp ok.ru